Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-24 15:13:04
BMU ilə “Smolnıy Universiteti” Korporasiyası əməkdaşlıq edəcək

Bakı Mühəndislik Universiteti (BMU) ilə Rusiyada fəaliyyət göstərən “Smolnıy Universiteti” Korporasiyası arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb.

 

AzEdu.az xəbər verir ki, kadr hazırlığı, elmi-tədqiqat və sahibkarlıq sahələrində  əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə BMU rektoru Yaqub Piriyev və Korporasiyanın prezidenti Heydər İmanov tərəfindən imzalanan sənəd bir çox istiqamətləri əhatə edir.

 

Razılaşmada yüksəkixtisaslı mühəndis və elmi-pedaqoji kadrların hazırlanması, elm və texnikanın müxtəlif sahələrində aktual məsələlərin həllinə həsr olunmuş elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və sahibkarlıq fəaliyyətinin inkişafı üzrə layihələrin işlənilib tətbiq edilməsi kimi müddəalar yer alıb.

 

İmzalanma mərasimində gələcək əməkdaşlıqla bağlı məsələlər nəzərdən keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.