Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 17:42:00
AzTU-nun professor-müəllim heyəti Qazi Universitetində

Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis fizikası və elektronika kafedrasının müdiri Mətanət Mehrabova, Radiotexnika və telekommunikasiya kafedrasının müdiri Mehman Həsənov və Kompüter texnologiyaları kafedrasının baş müəllimi Şəhla Əliyeva “Erasmus+ KA171” mübadilə proqramı çərçivəsində Türkiyənin Qazi Universitetində olublar.

 

AzTU-dan AzEdu.az-a bildirilib ki, onlar Qazi Universitetinin kafedralarında görüşlər keçirib, tədris prosesi ilə tanış olub, birgə tədqiqatların aparılması və layihələrin hazırlanması imkanlarını müzakirə ediblər.

 

Bundan əlavə, AzTU əməkdaşları tələbələr üçün seminar və mühazirə keçiblər.