Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-22 16:32:55
BMU ilə İNHA Universiteti arasında təlim təşkil olunacaq

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında ali təhsilin bakalavriat səviyyəsində icra edilən beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində professor-müəllim heyəti üçün Koreya (Cənubi) Respublikasında elektronika mühəndisliyi sahəsi üzrə təlim təşkil olunacaq.

 

AzEdu.az xəbər verir ki, Koreyanın İnçon şəhərində 8 iyul-16 avqust 2024-cü il tarixlərində keçiriləcək təlimlərdə müvafiq meyarlara əsasən seçilən 10 nəfərin iştirakı nəzərdə tutulur. Sözügedən təlimlərə BMU ilə yanaşı, Azərbaycanın digər ali təhsil müəssisələrində çalışan professor-müəllim heyəti də qoşula bilər.

 

Qeyd edək ki, təlimlər BMU-İNHA İDP çərçivəsində professor-müəllim heyəti üçün xüsusi təhsil proqramı ilə yanaşı, İNHA Universitetinin təhsil təcrübəsi və təcrübəli professor-müəllim heyətinin bilik və bacarığını təlim iştirakçılarına çatdıraraq beynəlxalq layihənin uğurlu icrasını təmin etmək məqsədi daşıyır.

 

Təlimlərlə bağlı daha geniş məlumatı aşağıdakı linkə daxil olaraq əldə etmək mümkündür:

https://beu.edu.az/az/announcement/bmu-inha-idp-cercivesinde-koreyada-elektronika-muhendisliyi-sahesi-uzre-telim-375