Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 17:34:00
ADNSU-da 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad olunub

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir keçirilib.


AzEdu.az xəbər verir ki, ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin professor-müəllim heyəti 20 Yanvar şəhidlərinin universitetdə qurulan barelyefi önünə gül dəstələri qoyublar.


Dövlət Himnin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutuilə başlanan tədbirdə ADNSU-nun 20 Yanvar şəhidlərinə həsr olunmuş video-süjet nümayiş olunub. Sonra çıxış edən dosent Vazeh Əskərov bildirib ki, 1990-cı ilin yanvarında hər bir azərbaycanlının ürəyi azadlı eşqi ile döyünürdü, ona görə də bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilmədi, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşdu.


20 Yanvar hadisələrinin Azərbaycan xalqı üçün həm də Milli birlik və vətənpərvərliyin simvoluna çevrildiyini deyen dosent Vazeh Əskərov bu təqvimin xalqımızın azadlığı uğrunda apardığı mübarizənin şərəfli tarixi kimi yaddaşlara həkk olunduğunu qeyd edib. O, bildirib ki, bu gün 20 Yanvar qətliamında, birinci Qarabağ müharibəsi zamanı və Azərbaycanın tarixi zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmların ruhu şaddır. Çıxışı zamanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətənimiz Azərbaycanın ərazi bütövlüyünün təmin olunuduğunu qeyd edən dosent Vazeh Əskərov Azərbaycanımızın daha da inkişafı naminə qarşıdan gələn Prezident seçkilərində gəncləri fəal olmağa səsləyib.


ADNSU-nun “Humanitar fənlər” kofedrasının professoru İradə Nuriyeva cıxışında 20 Yanvar hadisəsinin tarixindən və Azərbaycan xalqının mübarizəsindən danışıb. ADNSU-nun Həmkarlar İttifaqı komitəsinin sədri Məzahir Babayev şəhid ailələrinə, o cümlədən Azİİ-nin 20 Yanvar şəhidləri (tələbələri) – Rahim Babayev, Canpolad Orucov və Ağabəy Novruzbəylinin yaxınlarına göstərilən diqqətdən, şəhidlərimizin ruhuna olan ehtiramdan danışıb və bildirib ki, bu, hər birimizin əsas
vəzifələrindən biridir.


Tədbirdə iştirak edən şəhidlərimizin ailə üzvləri və yaxınları onlara göstərilən diqqətə görə razı qaldıqlarını bildiriblər.