Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 11:32:45
AzTU-da 20 Yanvar faciəsinə həsr olunan anım tədbiri keçirilib

Sovet imperiyasının Bakıda törətdiyi qanlı qırğının 34-cü ildönümü ilə əlaqədar Azərbaycan Texniki Universitetində (AzTU) anım tədbiri keçirilib. Əvəvlcə torpaqlarımızın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib.  

 

AzEdu.az xəbər verir ki, AzTU-nun rektoru Vilayət Vəliyev bildirib ki, 20 Yanvar Azərbaycan tarixinin həm kədərli, həm də qəhrəmanlıq səhifəsidir. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş verən faciə xalqımızın haqq səsini boğmaq, mübarizə əzmini məhv etmək məqsədi daşıyırdı. Lakin xalqımızın göstərdiyi birlik və milli ləyaqət hissi həmin gün silaha qalib gəldi. Dinc əhaliyə qarşı törədilən bu cinayətə ilk dəfə hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi.

 

Daha sonra çıxış edən tarix elmlər namizədi, dosent Akif Nağı da 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə törədilən faciənin bəzi məqamlarını xatırlayıb. O, həmin gün ermənilərin fitvası ilə törədilmiş bu cinayətin xalıqmızın iradəsini qıra bilmədiyini vurğulayıb. Qeyd olunub ki, illər keçsə də Azərbaycan xalqı Sovet qoşunlarının törətdiyi bu cinayəti unutmayacaq, o müdhiş gecədə şəhidlik zirvəsinə yüksələn Vətən övladlarını xatirəsi hər zaman qəlblərdə yaşayacaq.