Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-19 09:35:06
Türkiyə tarixində ilk-Elm nə qazanacaq?

Xəbər verdiyimiz kimi Türkiyənin ilk astronavtı Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da kosmosa uçub.

 

AzEdu.az Təhsil Portalı Türkiyə tarixindəki ilk uçuşun elmə tövhələri barədə məlumat verir.

 

14 günlük kosmik səyahət nəticəsində türk astronavt 13 fərqli elmi araşdırma aparacaq. Mikroqravitasiya və kosmik mühitlərdə aparılan bu araşdırmalar insan genetikası və sağlamlığı, eləcə də biologiya, materialşünaslıq, istehsal texnologiyaları, fundamental elm sahələrini əhatə edəcək.

 

Qeyd edək ki, Alper Gezeravcı Hərbi Hava Qüvvələri üzrə mühəndislik təhsili alıb. Türkiyə Hərbi Hava Qüvvələrində döyüş pilotu kimi xidmət edən polkovnik Gezeravcının “F-16” da daxil olmaqla, bir çox təyyarədə 15 illik uçuş təcrübəsi var. O, həmçinin yeddi il “Türk Hava Yolları”nda kapitan pilot vəzifəsində çalışıb. 

 

Astronavtın ilk sözü Atatürkün "Gələcək göylərdədir" ifadəsi olub.

 

Bildirək ki, kosmosa səyahət üçün bilet qiyməti 55 milyon dollar olub.