Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 16:07:44
AzTU-da növbəti menecment görüşü keçirilib

“Erasmus+” proqramı üzrə “Azərbaycan və Rusiya ali təhsil müəssisələrində tədris, təlim və qiymətləndirmə prosesinin daxili keyfiyyət təminatının təkmilləşdirilməsi” (IQAinAR) layihəsi çərçivəsində növbəti menecment görüşü Bakıda keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin ev sahibliyi ilə həyata keçirilən menecment görüşündə layihənin tərəfdaş universitetlərinin, o cümlədən Azərbaycan Texniki Universitetinin (AzTU) nümayəndələri iştirak edib.

 

AzEdu.az xəbər verir ki, görüşdə AzTU-nu beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah, Beynəlxalq layihələr üzrə qrup rəhbəri Mətanət Paşayeva və Beynəlxalq layihələr üzrə qrupunun aparıcı mütəxəssisi Nübar Fərhadzadə təmsil edib.

 

əvvəlcə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) nümayəndəsi Azərbaycanın ali təhsil müəssisələrində keyfiyyət təminatı sistemi ilə bağlı geniş təqdimatla çıxış edib. Daha sonra layihənin yerli tərəfdaş universitetlərinin nümayəndələri təmsil etdikləri ali məktəblərin strateji fəaliyyət planı, keyfiyyət təminatı meyarları və ilkin pilot mərhələ ilə bağlı hesabatlarını təqdim ediblər. Eyni zamanda Avropa tərəfdaşlarının iştirakı ilə layihənin iş paketləri üzrə həyata keçiriləcək fəaliyyətlərin təqdimatı edilib və müzakirələri aparılıb, növbəti təlimlər üzrə müvafiq tapşırıqlar verilib.   

 

Qeyd edək ki, Niderlandın Vittenborq Tətbiqi Elmlər Universitetinin koordinatorluğu ilə həyata keçirilən layihə çərçivəsində universitetlərdə daxili keyfiyyət təminatının təkmilləşdirilməsinə və inkişafına töhfə vermək nəzərdə tutulur.