Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 13:44:13
Təhsil haqqlarının ödənilməsində problemlər var? – “Elektron sistem olmalıdır”

Sosial mediada tələbələrin şikayət etdiyi mövzulardan biri də təhsil haqqlarının ödənişində qarşılaşdıqları problemlərlə bağlıdır. Qeyd edirlər ki, bəzən onlar təhsil haqqını ödəsə də sistemdə görünmür. Yaxud illiyi ödədikləri halda onlara artıq borc yazılır.

 

Niyə univerisitetlərin maliyyə şöbəsində hələ də bu problemlər mövcuddur?

 

AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Süleymanov bildirib ki, elektron idarəetmə sistemləri olan universitetlərdə bu cür problemlər baş vermir:

 

“Bu məsələ universitetin elektron idarəetmə sistemi ilə əlaqəlidir. Bir çox ali təhsil müəssisəsində bu sistem var və bu maliyyədə də inteqrasiya olub. Elektron idarəetmə sistemi olan universitetlərdə bu cür problemlər yaşanmır.

 

Bir başqa narazıçılıq tələbələrin ödənişi son günə saxlamasıdır. Vəsaitin sistemdə görsənməsi 1-2 gün çəkir. Bu səbəbdən onlar son günü gözləməməlidirlər. Kağız formasındakı sənədlərin düzgünlüyünə nəzarət çətindir. Vəsait başqa hesaba yatırıla bilər və ya başqa texniki problemlər ola bilər. Əgər elektron idarəetmə sistemində təhsil haqqı ilə əlaqəli yanlışıqlar varsa, əvvəlcədən müraciət edilməlidir. Müasir idarəetmə proqramlarında əvvəlcədən tələbənin  e-mailinə xəbərdarlıq mesajı göndərilir. Universitetin müvafiq strukturu ilə yanaşı tələbələrin də məsuliyyətli olmasını tövsiyyə edirəm”. 

 

Nigar Nəcəfova