Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-18 12:14:35
BMU-da maarifləndirici seminar təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının dəstəyi ilə keçirilən tədbirdə seçki sistemi, səsvermə proseduru haqda məlumatlar, mövcud qanunvericilik bazası diqqətə çatdırılıb. Eyni zamanda seçicinin hüquq və vəzifələri aydın formada, konkret misallarla izah olunub.

 

Qarşılıqlı diskussiya şəraitində davam edən seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.