Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-17 13:46:26
BMU komandaları spartakiada uğurlu nəticələr göstəriblər

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşlarından ibarət komandaları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş spartakiadada uğurlu nəticələr göstəriblər.

 

Bu barədə univeristetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, ali təhsil müəssisələrinin işçiləri arasında keçirilən spartakiadada BMU-nu müxtəlif idman növləri üzrə təmsil edən komandalar dama yarışlarında II, voleybol yarışlarında III, futbol yarışlarında III, şahmat yarışlarında isə V yeri tutublar.

 

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə idmanın 6 növü üzrə keçirilən spartakiada “Heydər Əliyev İli” çərçivəsində gerçəkləşdirilib.

 

Spartakiada ölkə universitetlərinin əməkdaşları arasında sağlam həyat tərzinin formalaşdırılması, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb olunması, idmanın kütləviliyinin təbliği, asudə vaxtlarının səmərəli keçirilməsi məqsədinə xidmət edib.