Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-15 15:32:43
“Vikipediya”nın Azərbaycan dili bölməsində ötən il 1700-dək məqalə yaradılıb

Bu gün istənilən informasiya və məlumatın əldə edilməsində “Vikipediya” əvəzsiz rol oynayır. Artıq bir neçə ildir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) institutlarının əməkdaşları üçün könüllü olaraq “Vikipediya” təlimləri keçirilir. Təlimlərin keçirilməsində məqsəd AMEA-nın elmi müəssisə və təşkilatlarında könüllü “Vikipediya” qruplarının formalaşdırılmasıdır.

 

AMEA-dan AzEdu.az-a bildirilib ki, son bir ildə Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin təşkilatçılığı ilə Mərkəzi Elmi Kitabxanada “Vikipediya” təlimləri təşkil edilir. Könüllü qruplar “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin yaradılmasına və zənginləşdirilməsinə öz töhfələrini verirlər.

 

2023-cü ildə AMEA-nın əməkdaşları tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində 1700 yaxın məqalə yaradılıb, 12 minə yaxın məqalə redaktə olunub. Məqalələrin zənginləşdirilməsi proses bu il də davam etdiriləcək. Bundan əlavə, “Elektron Akademiya” şöbəsinin bilavasitə iştirakı və təşəbbüsü ilə “Vikipediya”da Azərbaycan dilində 258, ingilis dilində 69, türk dilində 72, rus dilində 53, fars dilində 8, alman dilində 10, özbək dilində isə 1məqalə (471 məqalə) yaradılıb.

 

Hazırda “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 198.025, redaktələr isə 7.398.859-dur.