Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-10 12:41:16
UNEC-də pilot qaydada distant təhsilin tətbiqi üçün hazırlıqlar yekunlaşıb

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bir sıra ixtisaslar üzrə pilot qaydada distant təhsilin tətbiqi üçün hazırlıqlar başa çatıb. Bu məqsədlə "UNEC-də distant (məsafədən) təhsilalma forması üzrə tədrisin təşkili qaydaları"nın son variantı müzakirə edilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, müzakirə zamanı dünya təhsil sistemində distant təhsil fomasının tətbiqi, Azərbaycanda distant təhsilalma sahəsində görülmüş işlər, distant tədrisin təşkili ilə bağlı UNEC təcrübəsindən danışılıb. Eləcə də distant təhsilalma formasında tədrisin təşkili qaydaları, distant tədrisin təşkili üzrə keyfiyyət təminatı, tələb olunan proqram təminatı, layihə nəticələrinin qiymətləndirilməsi kimi məsələlərə baxılıb.