Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-01-05 11:42:10
Güclü külək əsəcək - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 06-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, günün ikinci yarısından zəifləyəcək.

 

AzEdu.az xəbər verir ki, yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq 06-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var.

 

Yanvarın 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30 -32 m/s-dək güclənəcəyi gözlənilir.