Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-27 12:51:01
BMU Elm və Təhsil Nazirliyi tərəfindən təltif edilib

Bakı Mühəndislik Universiteti (BMU) Elm və Təhsil Nazirliyi tərəfindən əcnəbilərlə iş sahəsində fərqlənən ali təhsil müəssisəsi kimi mükafatlandırılıb.

 

AzEdu.az xəbər verir ki, BMU Azərbaycan Respublikasında təhsil alan əcnəbi tələbələrin mobilliyi indikatoru üzrə ölkənin ali təhsil müəssisələrinin reytinqində nailiyyətləri ilə fərqləndiyinə görə təltif olunub.

 

Bundan başqa, təhsil müddətində akademik göstəriciləri ilə fərqləndiyinə görə BMU-nun IV kurs tələbəsi, Şri-Lanka vətəndaşı Abdullah Muhammedh Azharuddeen təltif edilib.

 

Hər iki istiqamət üzrə təşəkkürnamələr  Azərbaycanda Beynəlxalq Təhsil İmkanları Forumunda təqdim olunub.

 

Forum hər ilin sonu yerli ali təhsil müəssisələri ilə keçirilən ənənəvi görüşün daha məhsuldar modelinə keçid, 2023/2024-cü tədris ili üzrə xarici tələbələrin Azərbaycanda təhsilinə dair hesabatın təqdimatı, ali təhsil müəssisələrinin beynəlmiləlləşmə sahəsində inkişafının müzakirəsi və s. məqsədlə keçirilib.