Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-26 17:13:47
8 startap komandası UNEC Startap İnkubatorun “İnkubator+” proqramına keçid alıb

UNEC Startup İnkubator tərəfindən start verilən “BootSTART-2” proqramının ənənəvi “Pitch day” tədbiri keçirilib.

 

AzEdu.az xəbər verir ki, 6 həftəlik intensiv "BootSTART-2" proqramında iştirak etmiş 20 startap komandası “Pitch day”də öz startaplarını münsiflər heyəti qarşısında təqdim ediblər. Münsiflərin dəyərləndirməsindən sonra 8 komanda - “Yoldash”, “Ganevo”, “Generation Z”, “HobyLoc”, “Way”, “TuringSec”, “Buqələmun”, “GreenFox” UNEC Startup İnkubatorun növbəti “İnkubator+” proqramına keçid alıb.

 

“İnkubator+” proqramında iştirak edəcək TOP 8 startap komandası ofis rezidentliyi, hostinq və server dəstəyi ilə təmin ediləcək. Bazara hazır məhsulu ən tez çıxara bilən 5 komanda isə ilkin toxum investisiya ilə təmin olunacaq.