Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 16:40:00
Tarix fənni üzrə qəbul proqramına bu mövzular salınmayacaq- Abituriyentlərə şad xəbər

“Şagirdlərin çətin qavrayacağı və mübahisəli mövzular qəbul proqramından çıxarılıb. Dünya tarixində Kiyev Rus dövləti mövzusu qəbul proqramına salınmayıb. Ona görə ki, bu dövlətə həm Rusiya, həm Ukrayna sahib çıxır. Onların arasında olan hazırki münasibət də bəllidir”.

Bu sözləri AzEdu.az-a açıqlaması zamanı tarixçi-antropoloq, Tarix fənni üzrə seminar sədri Kərəm Məmmədov deyib. Onun sözlərinə görə, yeni model qəbul imtahanları tamamilə kurikulum standartları əsasında tərtib olunub:

“Dəyişikliyi birdən-birə tətbiq etmək düzgün deyil. Mövzularla bağlı o qədər də ciddi dəyişikliklər yoxdur. Bununla belə, şagirdlərin çətin qavrayacağı və mübahisəli mövzular qəbul proqramından çıxarılıb. Dünya tarixində Kiyev Rus dövləti mövzusu qəbul proqramına salınmayıb. Ona görə ki, bu dövlətə həm Rusiya, həm Ukrayna sahib çıxır. Onların arasında olan hazırki münasibət də bəllidir. XVIII-XIX əsrlərdə Rusiyada dövlətçiliyin əsasını normanların qoyduğunu söyləyən norman nəzəriyyəsi də qəbul proqramında olmayacaq.  Bir sözlə, belə mübahisəli mövzuları uşaqlardan soruşmağa lüzum bilmirik”

Xatırladaq ki, şagirdlərə hər fənn üzrə 30 test tapşırığı təqdim olunur. Bu tapşırıqların 22-si qapalı, 8-i isə açıq formalıdır. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlardır. Digər açıq formalı tapşırıqlar uzun müddətdir istifadə olunan hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır. 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları