Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-21 14:17:15
ARPA tərəfindən MDU-da maarifləndirici seminar keçirilib

Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) təşkilatçılığı ilə maarifləndirici seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, hibrid formatda təşkil edilən seminarda MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin bir qrup akademik-inzibati heyət üzvü, tələbə və magistrantları iştirak edib.

 


Seminarda ARPA-nın İdarə Heyətinin sədri Günay Şahbazova, layihələr üzrə baş mütəxəssis Günəş Əsgərova və Dövlət İmtahan Mərkəzinin vergi qanunvericiliyi üzrə eksperti Təhməz Qaçayev çıxış ediblər. Çıxışlarda Azərbaycanda vergi qanunvericiliyi, vergitutmanın əsasları, vergi sistemi, Peşəkar Mühasib Sertifikatı və onun vacibliyi, vergi orqanlarına işə qəbul və digər mövzular barədə ətraflı məlumat verilib.
Maraqla qarşılanan çıxışlardan sonra seminar iştirakçılarının sualları cavablandırılıb.