Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-19 12:48:00
Sağlamlıq imkanları məhdud olan  tələbələrə mütləq bu güzəştlər olunmalıdır

Xarici dövlətlərdə əlil tələbələrə xüsusi güzəştlər edilir. Məsələn, şimal qonşumuz Rusiya bu sahə üzrə çox inkişaf edib. Belə ki, Moskva Dövlət Humanitar İqtisad İnstitutunda əlilliyi olan gənclər pulsuz təhsil alırlar. Onlar xüsusi yataqxana ilə təmin olunurlar. İmtahanlarda da güzəştlər edilir, yəni hamı testlə imtahan verirsə, əlil tələbələrdən ancaq müsahibə götürülür. Bundan başqa, bu cür insanlara xüsusi qayğının göstərilməsi onları daha da həvəsləndirir. Türkiyədə də bu cür gənclər üçün ilboyu xüsusi düşərgələr təşkil edilir. Onların təhsili, cəmiyyətə uyğunlaşmaları üçün xüsusi layihələr həyata keçirilir.

Bəs Azərbaycanda necədir?

AzEdu.az-ın məlumatına görə, "Əlillərin sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununda bununla bağlı maddə var.

Maddə 19. Əlillərin orta, orta ixtisas və ali təhsili

  • Əlillərin orta, orta ixtisas və ali təhsili ümumi tipli tədris müəssisələrində, zərurət olduqda isə xüsusi tədris müəssisələrində həyata keçirilir.
  • Əlillərin təhsili üçün xüsusi şəraitin təmin edilməsi məqsədilə texniki-peşə məktəblərinin, texnikumların və ali məktəblərin əlillər üçün ixtisaslaşdırılmış fakültələri və ya şöbələri təşkil edilir.
  • Əlillərin qəbul imtahanları verməsi üçün lazımi şərait yaradılır.
  • Qəbul imtahanlarını müsbət verən əlillər ali və orta ixtisas təhsili müəssisələrinə müsabiqədənkənar qəbul edilmək hüququna malikdirlər.
  • Təhsil dövründə pensiyalar və təqaüdlər tam məbləğdə ödənilir.
  • I və II qrup əlil tələbələrə aldıqları təqaüdün 50 faizi məbləğində əlavə ödənc verilir.
  • Dövlət əlil - gənc mütəxəssislərin öz ixtisasları üzrə işə düzəlməsini təmin edir.
  • Tədris müəssisəsini bitirdikdən sonra əlillərə iş yeri seçməkdə üstünlük verilir.
  • Tədris müəssisəsini bitirdikdən sonra bölgü üzrə göndərilmiş əlili işə qəbul etməkdən imtina etdikdə, ona ixtisası üzrə iş vermədikdə və ya əmək qanunvericiliyinin başqa şərtlərinə əməl etmədikdə müəssisənin (birliyin), idarənin və təşkilatın müdiriyyəti onun iş yerinə gəlmək və daimi yaşayış yerinə qayıtmaq xərclərini habelə zəruri hallarda müşayiətçinin yol xərclərini ödəyir.