Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-18 11:10:02
Rektor: Son zamanlar rəssamlıq ixtisaslarına qızların axını hiss olunur

Son zamanlar rəssamlıq ixtisaslarına qızların axını hiss olunur. Bu sevindirici haldır.

 

AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Natiq Əliyev ölkəmizdə ilk dəfə keçirilən "Mədəni İrs" Forumunda keçirilən panel müzakirə zamanı deyib

.

"Bir şeyi də deyim ki, interyer, dizayner kimi sahə və ixtisaslara meyllər artıb. Nəticədə, bəzi klassik rəssamlıq ixtisaslarına maraq əvvəlki deyil, bu ixtisaslara sənəd verənlərin sayı azalıb. Bu da bir az başadüşüləndir. Bakı böyüyür, inkişaf edir, yeni binalar, evlər tikilir və məhz dizaynerlərə tələbat da artır. Amma biz çalışırıq ki, ənənəvi ixtisaslara olan marağı bərpa edək”, - o deyib.