Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-13 12:44:29
Nazir müavini: Ənənəvi peşə təhsili yanaşmasından kənara çıxılmalıdır

Elm və təhsil nazirinin müavini İdris İsayev nəticənin əldə olunması üçün ənənəvi peşə təhsili yanaşmasından kənara çıxılmasını məqsəduyğun sayır.

 

AzEdu.az xəbər verir ki, o, bu barədə "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı deyib.

 

Nazir müavini bildirib ki, bu gün açılan yeni iş yerləri əvvəlkindən fərqlidir: "Burada yüksək texnologiyaların tətbiqindən, əmək məhsuldarlığının yüksək olmasından söhbət gedir. Bugünkü iş yerləri sadə deyil, işçilər də daha müasir bilik və bacarıqlara sahib, eləcə də özəl sektorun tələblərinə cavab verən kadrlardır. Peşə təhsil sistemi də bu kimi çağırışlara hazır olmalı, imkanlardan istifadə etməlidir".