Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-09 16:20:00
Sabah növbəti GRE imtahanı təşkil ediləcək

Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı dekabrın 10-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında təşkil olunacaq.

 

DİM-dən AzEdu.az-a bildirilib ki, imtahan verəcək şəxslər saat 08:15-dən gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasında olmalıdırlar.

 

İmtahan saat 09:00-da başlanacaq. “GRE General Test” haqqında ətraflı məlumat DİM-in saytında yerləşdirilib.