Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-12-07 17:32:56
Peşə təhsili müəssisələrinin işçiləri üçün praktiki seminar keçirilib

Dekabrın 6-da Elm və Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinin baş mühasiblərinin iştirakı ilə növbəti praktiki seminar keçirilib.  

 

AzEdu.az xəbər verir ki, seminarın açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Maliyyə sektorunun müdiri Vüqar Əsgərov seminarın məqsədi, maliyyə-mühasibatlıq işçilərinin müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətindəki rolu, onların vəzifə və funksiyalarından irəli gələn məsuliyyətləri, mühasiblərin bilik və bacarıqlarının artırılmasının vacibliyi, eləcə də dövlət büdcəsində təhsil xərclərinin, o cümlədən peşə təhsilinə ayrılan vəsaitlərin həcmi barədə iştirakçıları məlumatlandırıb, mühasiblərə bir sıra təklif və tövsiyələrini verib.

 

Sonra Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdir müavini İlqar Bayramlı çıxış edərək büdcə və planlaşdırma, xərclərin proqnozlaşdırılması, ştat-smeta intizamı, adambaşına maliyyələşdirmənin mexanizmi, aidiyyəti müəssisələrin saxlanılması, həmçinin dövlət büdcəsində nəzərdə tutulan xərclər barədə bir sıra statistik məlumatları seminar iştirakçılarının nəzərinə çatdırıb. 

 

Daha sonra seminar Maliyyə, Təhsilin iqtisadiyyatı, Audit şöbələrinin əməkdaşlarının müvafiq təqdimatları və müzakirələrlə davam etdirilib. 

 

Seminarın sonunda mühasibləri maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr verilib.