Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-10-17 15:13:00
Yeni model sınaq imtahanlarına qeydiyyat qaydaları və boş qalan oturacaqlar –Abituriyentlərin diqqətinə

Dövlət İmtahan Mərkəzi oktyabrın  28-də 2019-cu ilin qəbul imtahanı modelinə uyğun yeni təhsil proqramları (kurikulum) üzrə sınaq imtahanı keçirəcək.

AzEdu.az sınaq imtahanına qeydiyyat qaydalarını və boş qalan yerləri (oturacaqları) təqdim edir:

Sınaq imtahanlarına yazılış yalnız İNTERNET vasitəsilə aparılır və imtahan keçiriləcək həftənin bazar ertəsi günü səhər saat 09:00-da başa çatır.

Sınaq imtahanlarına yazılmaqdan ötrü sistemə giriş üçün şəxsi kabinetin şəxsi kabinetin istifadəçi adı və parolundan istifadə edilir. Əgər şəxsi kabinetiniz yoxdursa, yuxarıdakı müvafiq linkə basmaqla şəxsi kabinet yaratmaq lazımdır. İmtahana yazılacaq hər bir şəxs üçün şəxsi kabinetin hasabına 20 AZN məbləğində vəsait əlavə edilməlidir.

Sınaq imtahanına yazılmaq üçün ŞƏXSİYYƏT (QEYDİYYAT, İCAZƏ, QAÇQIN) VƏSİQƏSİ tələb olunur.

Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətindən MYİ, DYİ və ya QV seriyalı icazə (qaçqın) vəsiqəsi almış əcnəbilər sınaq imtahanına internet vasitəsilə ümumi qaydada yazıla bilərlər.

Sınaq imtahanı zamanı I qrup əlil vətəndaşlar üçün zəruri şəraitin yaradılması məqsədilə həmin şəxslərdən əlillik haqqında arayışı və sınaq imtahanına buraxılış vərəqəsinin surətini sınaq imtahanına yazıldıqdan sonra bir gün ərzində DİM- ə təqdim etmək xahiş olunur!

Sənədlərin elektron surətlərini [email protected] elektron poçt ünvanına da göndərmək olar.

Azercell, Bakcell və Nar Mobile abunəçiləri sınaq imtahanının nəticələrini SMS vəsitəsilə də öyrənə bilərlər. Bunun üçün iş nömrəsini SMS-lə 7727-yə göndərmək kifayətdir!

DİM şagirdlərə bildirir ki, sınaq imtahanına mobil telefon, kalkulyator və digər köməkçi vasitələr gətirməyin, cavabları köçürməyin və ya imtahan nəticələrinizin digər üsullarla süni artırılmasına çalışmayın.

İmtahan zalından çıxarkən cavab kartını və cavab vərəqini nəzarətçiyə təhvil verin.

Qeydiyyatdan keçmək istəyən abituriyentlər üçün sınaq imtahanlarının cədvəlini və boş oturacaq yerlərinin sayını diqqətə çatdırırıq:

 

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları