Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-24 09:15:10
Sənaye mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün seminar...

Bakı Mühəndislik Universitetinin (BMU) Memarlıq və inşaat fakültəsinin sənaye mühəndisliyi ixtisası üzrə təhsil alan III kurs tələbələri üçün “Proseslərin optimallaşdırılması” mövzusunda seminar təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə əməliyyatların tədqiqi fənni çərçivəsində baş tutan seminarda “Norm” ASC-nin Proseslərin məhsuldarlığı üzrə menecer Emin Qəribov çıxış edib.

 

E.Qəribov təqdimatında proseslərin optimallaşdırılmasının əsas məqsədlərini, o cümlədən səmərəliliyin artırılması, enerji sərfiyyatına qənaət, ekoloji davamlılıq məsələlərini izah edib. O, həmçinin sement və klinker istehsalında optimallaşdırma, istehsal mərhələləri, sement istehsalında tətbiq olunan müasir texnologiyalar, proseslərin optimallaşdırılmasının üstünlükləri və s. nüansları diqqətə çatdırıb.

 

Seminarda mövzu ilə bağlı tələbələrin suallarına aydınlıq gətirilib.