Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 17:43:21
“BÜTÖV” proqramı çərçivəsində AzTU tələbələri ilə görüş keçirilib

“İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi və Qərbi Azərbaycan İcmasının tərəfdaşlığı ilə “BÜTÖV – Qərbi Azərbaycana Qayıdış Prosesində Gənclərin Rolunun Artırılması” proqramı çərçivəsində növbəti görüş Azərbaycan Texniki Universitetində keçirilib.

 

AzEdu.az xəbər verir ki, yüzdən çox gəncin iştirakı ilə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, eləcə də Vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Tədbiri giriş sözü ilə açan “İRƏLİ” İctimai Birliyinin baş katibi İlqar Axundov proqram çərçivəsində baş tutacaq fəaliyyətlərlə bağlı tələbələrə məlumat verib. Diqqətə çatdırılıb ki, layihənin növbəti mərhələlərində Qərbi Azərbaycanın tarixini, mədəniyyətini, coğrafiyasını gənclərə aşılamaq, Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə düzgün və ətraflı şəkildə çatdırmaq məqsədilə təşəbbüs qruplarının yaradılması nəzərdə tutulur.

 

V” proqramı çərçivəsində keçirilən görüşün keçirilməsinə görə “İRƏLİ” İctimai Birliyinə təşəkkürünü bildirib. Proqramın işinə uğurlar arzulayan Səfa Bağırov gəncləri layihə müddətində fəal olmağa çağırıb.

 

Daha sonra “İRƏLİ” İctimai Birliyinin sədri Şahin Rəhmanlı və Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar çıxış ediblər. Qeyd olunub ki, tarixi Azərbaycan torpağı olan indiki Ermənistan ərazisində min illər boyu yaşayan soydaşlarımız etnik təmizləmə siyasətinin qurbanı olublar. Son əsrlər ərzində qərbi azərbaycanlıların mədəni irsinin məhv edilməsinin erməni dövlət siyasəti səviyyəsində həyata keçirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Qərbi azərbaycanlıların tezliklə öz tarixi torpaqlarına qayıdacağına əminliyini vurğulayan natiqlər bu istiqamətdə “Qayıdış” konsepsiyasının önəmindən danışıb, gəncləri bu sahədə həyata keçirilən proseslərdə fəal iştiraka çağırıb.

 

Qeyd edək ki, “BÜTÖV – Qərbi Azərbaycana qayıdış prosesində gənclərin rolunun artırılması” proqramının keçirilməsində əsas məqsəd Qərbi Azərbaycan tarixinin, Azərbaycan həqiqətlərinin təbliği, yerli və beynəlxalq səviyyədə gənclərin iştirakçılığının artırılması, Qərbi Azərbaycanla bağlı multimedia, elektron resursların bolluğunun yaradılması, eləcə də gənclər arasında tarixi torpaqlarımız haqqında məlumatlılığın artırılmasıdır.