Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 13:29:53
BMU tələbələri startaplarla bağlı məlumatlandırılıb

Bakı Mühəndislik Universiteti (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə  "Startap nədir?" adlı seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, seminarda “SABAH.HUB” innovasiya mərkəzinin mütəxəssisi, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin startaplarla iş üzrə koordinatoru Hikmət Baloğlanov məruzə ilə çıxış edib. Məruzəçi tələbələrə startap anlayışı, startap layihələrinin yaradılması, ideya və təşəbbüslərin biznesə çevrilmə imkanları, startapların inkişafında investor dəstəyi və s. haqda ətraflı məlumat verib.

 

Tələbələrlə diskussiya şəklində keçən seminarda fəallığı ilə seçilən 10 tələbəyə THİK tərəfindən sertifikat və hədiyyələr təqdim edilib.