Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-17 12:09:31
Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb

Bakıda məktəbdə bəzi şagirdlərdə xəstəliklər aşkarlanıb.

Bu barədə AzEdu.az Bakı Baş Səhiyyə Mərkəzindən məlumat verilib.

Mərkəzin strukturuna daxil olan tibb müəssisələri uşaqların icbari dispanserizasiyasını davam etdirir. İcbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir.

Növbəti tədbir 201 saylı orta məktəbdə aparılıb. Müayinələr zamanı otorinolarinqoloq (LOR) 16 şagirddə burun çəpərinin əyriliyi, burun qanaxması, həkim-cərrah 22 şagirddə skolioz, qamətin əyilməsi, dolixosiqma (yoğun bağırsağın siqmavari hissəsinin anormal uzun olması) və yastıpəncəlik, həkim-pediatr bir neçə uşaqda vitamin çatışmazlığı və piylənmə aşkarlayıb.

Habelə həkim-nevropatoloqun müayinəsi zamanı 2, həkim-stomatoloqun müayinəsi zamanı isə 45 şagirddə müxtəlif xəstəliklərin ilkin diaqnozu qoyulub.

Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub.

Qeyd edək ki, icbari dispanserizasiya uşaqların mütəmadi olaraq tibbi müayinələrdən keçirilməsidir.