Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 13:17:02
BMU- da seminar təşkil olunub

Bakı Mühəndislik Universitetinin (BMU) MBA (Biznesin idarə edilməsi) proqramı üzrə təhsil alan tələbələri üçün “Norm” ASC-nin əməkdaşları tərəfindən növbəti seminarlar təşkil olunub.

 

Bu barədə universitetdən AzEdu.az-a məlumat verilib.

 

Bildirilib ki, “Norm” ASC-nin maliyyə analitiki Nurlan Oruclunun təqdimatında baş tutan seminar “Şirkətlərin maliyyə və investisiya qərarları, strategiyaları və kapital strukturu" mövzusuna (Biznesdə maliyyə təhlili fənni çərçivəsində), ASC-nin Vahid İdarəetmə Sistemi üzrə mütəxəssisi Afət Bayramovanın təqdimatında keçirilən seminar isə “Vahid İdarəetmə Sistemi: Biznesin davamlı inkişafı üçün yol” mövzusuna (Biznes menecmenti fənni çərçivəsində) həsr edilib.

 

Universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə keçirilən seminarlarda korporativ maliyyə sahəsində vacib olan fundamental anlayışlar və çərçivələr, bu biliklərin real iş mühitində istifadəsi, kapitalın büdcələşdirilməsi prosesi, şirkətlərin analizində maliyyə cədvəllərinin istifadəsi və korporativ maliyyənin tətbiqi, şirkətdə maliyyə və muhasibat sahəsində olan iş imkanları və s. məsələlər haqda geniş danışılıb. Eyni zamanda müəssisə daxilində vahid idarəetmə sisteminin tətbiq edilməsi və təkmilləşdirilməsi, müvafiq ISO standartları və onların tələbləri, idarəetmə sistemlərinin inteqrasiyası, müəssisələrdə davamlı inkişafın təmin olunması kimi istiqamətlər üzrə informasiyalar nəzərə çatdırılıb.

 

Seminarlar mövzular üzrə ətraflı müzakirələr və tələbələrin suallarının cavablandırılması ilə başa çatıb.