Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 11:39:02
ADNSU-da “Azad Mirzəcanzadə inkişaf proqramı”nın təqdimatı

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra edilən “Azad Mirzəcanzadə inkişaf proqramı” çərçivəsində məlumatlandırıcı tədbir keçirilib.

 

Bu barədə AzEdu.az-a ADNSU-dan məlumat verilib.

 

ADNSU-nun prorektoru dosent Ata Babayev ölkədə gənclərin ictimai fəallığının artırılması və onlara yaradılan geniş imkanlardan danışıb.

 

Sonra layihə komandasının təmsilçiləri proqramın məqsədi, icra mərhələləri, qeydiyyat prosesi haqqında məlumat veriblər. Bildirilib ki, proqrama təqdim edilən layihə təklifləri aktuallığı, reallığı, innovativ və yenilikçi olması əsasında seçiləcək. İkinci mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.

 

Sonra tələbələrin sualları cavablandırılıb.

“Azad Mirzəcanzadə inkişaf proqramı” yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin aşkara çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır. Proqrama qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı https://bitly.ws/VVKj link vasitəsilə qeydiyyatdan keçə bilər.