Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-16 10:19:00
AzTU- da LMQS layihəsi çərçivəsində növbəti görüş keçirilib

Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşı olduğu “Erasmus+ KA2” proqramı üzrə həyata keçirilən “Rusiya Federasiyası, Qazaxıstan və Azərbaycanda səhiyyədə strateji keyfiyyət menecmenti və risklərin idarə olunması üzrə açıq və distant təhsil formatında bakalavr və magistr hazırlığı” (LMQS) layihəsi çərçivəsində növbəti menecment görüşü Naxçıvanda keçirilib.

 

AzEdu.az xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin ev sahibliyi ilə keçirilən görüşdə Azərbaycan və Qazaxıstandan olan tərəfdaşların 3 illik fəaliyyət hesabatları dinlənilib. Daha sonra layihənin koordinatoru Qərbi Attika Universitetinin nümayəndəsi professor Panayotis Yannakopoulos və layihənin eksperti Jean Noel Pachoud növbəti ildə görüləcək işlər və büdcənin təfərrüatları barədə məlumat veriblər.

 

Menecment görüşündə AzTU-nu layihənin yerli koordinatoru professor Həsən Hüseynov və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Nabat Cabbarova təmsil edib.