2023-11-16 09:12:38
Ankara Universitetinin nümayəndə heyəti LDU-ya səfər edib
Türkiyə Cümhuriyyətinin Ankara Universitetinin rektoru, prof. dr. Necdet Ünüvar başda olmaqla universitetin professor və müəllimlərindən ibarət nümayəndə heyəti Lənkəran Dövlət Universitetində olublar.
Universitetdən AzEdu.az-a bildirilib ki, LDU-nun rektoru, prof. Natiq İbrahimov qarşılayıb. Mehribanlıq və səmimilik şəraitində keçən görüş zamanı rektor türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti barədə ətraflı məlumat verib, LDU-da son illərdə tədrisin yenilənməsi və modernləşdirilməsi istiqamətində görülən işlərdən danışıb.
Türkiyəli qonaqlara Lənkəran Dövlət Universiteti ilə əyani tanışlıq imkanı yaradılıb. Ankara Universitetinin təmsilçiləri LDU-da yeni yaradılmış Baytarlıq fakültəsi, onun tədris bazası, laboratoriyaları, universitetin yardımçı təsərrüfatı, yeni istifadəyə verilmiş tədris binaları və s.ilə əyani tanış olub, tələbələrlə çay süfrəsi ətrafında söhbətləşiblər. LDU ilə əyani tanışlıq qonaqlarda xoş təəssürat oyadıb.
Lənkəran Dövlət Universitetinin Elmi kitabxanasında Türkiyə Cümhuriyyətinin Ankara Universitetinin nümayəndə heyəti ilə LDU-nun tələbə və müəllimlərinin görüşünü Lənkəran Dövlət Universitetinin rektoru, prof. Natiq İbrahimov açıb. Rektor çıxışında Ankara Universiteti ilə LDU arasında qarşılıqlı əlaqələrin hələ 1992-ci ildə yaradıldığını, müəyyən səbəblər üzündən davamlı olmadığını, son ildə isə daha geniş miqyasda yenidən bərpa olunduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Prof. Natiq İbrahimov yaşı 100-dən çox olan Ankara Universitetinin təhsil uğurlarından danışarkən bu ali təhsil ocağı ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağını xüsusi qeyd edib. Bildirib ki, LDU-nun nümayəndə heyəti 24.10.2023-cü il tarixdə Türkiyə Respublikasının Ankara Universitetində işgüzar səfərdə olarkən universitetlər arası əlaqələrin möhkəmləndirilməsi ətraflı müzakirə olunub, əməkdaşlığın istiqamətləri barədə fikir mübadiləsi edilib, Ankara Universiteti ilə Lənkəran Dövlət Universiteti arasında təhsil, akademik və mədəni sahədə əməkdaşlıq protokolu imzalanıb. İmzalanmış Əməkdaşlıq protokoluna əsasən bu iki ali təhsil ocağı arasında müəllim-tələbə mübadiləsinin edilməsi, birgə elmi konfransların təşkili, həmçinin gələcəkdə ikili diplom layihəsi və s. barədə müzakirələr aparılıb.
Görüşdə Ankara Universitetinin rektoru prof. dr. Necdet Ünüvar səmimi qarşılanmaya və qonaqpərvərliyə görə LDU-nun rektoru, prof. Natiq İbrahimova başçılıq etdiyi nümayəndə heyəti adından təşəkkürünü bildirib. Universitetin təhsil həyatı, tədris korpusları, laboratoriyaları ilə tanışlığın onda xoş təəssürat yaratdığını qeyd edib. Prof. dr. Necdet Ünüvar Azərbaycanla Türkiyə Cümhuriyyəti arasında olan qarşılıqlı əlaqələrdən, onların inkişafından da söz açıb və bu əlaqələrin təhsil sektoryna müsbət təsirini xüsusi vurğulayıb.
Görüşdə Lənkəran Dövlət Universitetinin professor-müəllim-tələbə heyətini maraqlandıran suallar prof. dr.Necdet Ünüvar və prof. Natiq İbrahimov tərəfindən cavablandırılıb.
Tədbirin ən maraqlı, yaddaqalan anı LDU Elmi şurasının qərarına əsasən Ankara Universitetinin rektoru, prof.dr. Necdet Ünüvara Lənkəran Dövlət Universitetinin fəxri professoru plaketinin təqdim olunması anı olub. LDU-nun fəxri mükafatını universitetin rektoru, prof. Natiq İbrahimov təqdim edib. Rektor görüşdən xatirə kimi türkiyəli qonaqlara milli dəyərlərimizin əksi olan xatirə hədiyyələri təqdim edib. Ancaq Lənkəranda bitən, dostluq və möhkəmlik, birgəlik rəmzi kimi dəmirağacı fidanının təqdimi türkiyəli qonaqların ürəyincə olub.
Görüş Lənkəran Dövlət Universiteti və LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollec tələbələrinin ifasında Azərbaycan-Türkiyə dostluğunu əks etdirən maraqlı konsert proqramı ilə yekunlaşıb.
Sonda görüşü əbədiləşdirən xatirə fotoları çəkilib.
Bu bölməyə aid digər xəbərlər
BMU-nun kollektivi Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər
2024-05-10 16:35:37
Boğulan tələbələrlə bağlı NDU-dan CAVAB
2024-05-10 13:31:21
Universitet müəllimi vəfat edib
2024-05-09 10:56:00
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub
2024-05-08 16:25:21
Magistraturaya ilk dəfə onlayn formada qəbul imtahanı keçirilib
2024-05-08 16:22:19
"150 balla ali məktəbə qəbul olmaq mümkün olacaq"
2024-05-08 15:37:00
AzMİU əməkdaşları Sumqayıt məktəbliləri ilə görüşüblər
2024-05-07 17:10:04
Rektor beynəlxalq yarışda qalib gələn BMU komandaları ilə görüşüb
2024-05-07 16:24:42
AzTU ilə Bakı Gəmiqayırma Zavodu arasında memorandum imzalanıb
2024-05-07 14:46:03
UNEC-in MBA proqramında yeni ixtisaslaşma açıldı
2024-05-06 16:07:42
kitabı
ÇOX OXUNANLAR
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
30 Aprel 2024, 15:18
Maksimum bal toplayanlar bu məktəbin şagirdləridir- SİYAHI
2 May 2024, 13:02
I ixtisas qrupunda tələbat olmayan İXTİSASLAR
2 May 2024, 10:24
Bu kollecə yeni direktor təyin olunub
1 May 2024, 12:45
Polis Akademiyasına qəbul: Ballar enəcək?
3 May 2024, 10:48
Sertifikasiya imtahanının dəqiq vaxtı AÇIQLANDI
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
FACEBOOK