Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 14:40:14
AZMİU tələbələri 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə tələbələrimizin 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinə ekskursiyası təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan sərgi Mədəniyyət Nazirliyinin təşkilatçılığı və "Caspian Event Organisers" şirkətinin təşkilati dəstəyi ilə Bakı Ekspo Mərkəzində təşkil olunub.

 

Ekskursiyanın məqsədi tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsini,  kitaba olan marağın artırılmasını və mütaliə vərdişlərinin inkişaf etdirilməsini təmin etməkdir.

 

Qeyd edək ki, xalq yazıçıları, xalq şairləri, tanınmış gənc yazarlar və məşhur xarici yazıçıların da iştirak etdiyi sərgidə 11 ölkədən 31 xarici təşkilat, 131 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə iştirak edir.