Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-15 10:49:17
“Globalinfo.az”ın 1 yaşı tamam oldu

Bu gün “Globalinfo.az” saytının 1 yaşı tamam olur.

 

AzEdu.az-ın məlumatına görə, Globalinfo.az saytı 2022-ci ilin avqust ayında yaradılıb. 15 sentyabr 2022-ci il tarixdə test rejimindən online rejimə keçib. 2022-ci ilin 15 noyabrında saytın fəaliyyəti ictimaiyyətə açıqlanıb və geniş oxucu kütləsi ilə təması başlayıb.

 

Müstəqil media siyasəti həyata keçirən saytda siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət, idman, səhiyyə, kriminal, şou-biznes sahələri üzrə ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər yer alır.

 

Saytın təsisçisi və baş direktoru Əməkdar jurnalist Azər Ayxandır.

 

“Zaman su kimi axıb gedir. Gözümüzü yumub-açınca ilk ad günümüz yetişdi. Biz su kimi axan zamanda durulduq, gücləndik. Bu, daha çox ruhun, iradənin təmizlənməsi, güclənməsi və sınanması oldu. 1 ildə münasibətlər sistemimiz, əlaqələrimiz də yeniləndi – böyüdü, miqyası genişləndi və keyfiyyət dəyişikliyi yaşadı.


Ötən 1 il bizi özümüzə daha yaxından tanıtdı”, - deyə saytın rəhbəri ad günü təəssüratlarını ifadə edərkən bildirib.

 

“Globalinfo.az komandası olaraq 365 gündə ortaya parlaq və peşəkar bir iş qoyduğumuz inancındayıq. Bu fikrimizi media mütəxəssislərinin rəyləri, peşəkarlığına, obyektivliyinə şübhə etmədiyimiz həmkarların fikirləri, tükü-tükdən seçməyi bacaran oxucuların sözləri də qüvvətləndirir”, - A.Ayxan əlavə edib.

 

O, deyib ki, saytın hədəfi böyüməkdir:

 

“Böyüyəcəyik. Buralara qədər gəlmişiksə, demək, yolun çətin hissəsini keçmişik. Fəqət arxayınlaşmamışıq. “Globalçı”ların şüarı belədir: “Daha yaxşısını edə bilərik”.

 

Sayt olaraq yaranmağımız və böyüməyimiz Azərbaycanın böyüməsi, ərazi bütövlüyünü tam bərpa etməsi ilə üst-üstə düşdü. Təsəvvür edin, 11 ayımız tamam olan gün Prezident İlham Əliyev Xankəndidən xalqa müraciət etdi. Biz o çıxışı yayan medianın sırasında idik. 1 ilin tamamına günlər qala Xankəndidəki hərbi paradın videosunu onlayn rejimdə verdik.

 

Biz yeni və qalib Azərbaycanın mediasıyıq.

 

Davamı yaxşı olacaq – həm bizim üçün, həm Vətən üçün…”.