Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 17:31:29
UNEC-in şəhid məzunu doğum günündə anılıb

Noyabrın 13-də Qarabağın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalmış, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) məzunu Ülvi Hacıyevin cənnətdəki doğum günü idi.

 

Yaşasaydı 29 yaşı olacaqdı.

 

AzEdu.az xəbər verir ki, noyabrın 13-də UNEC-in məzunu, Dövlət Gömrük Komitəsinin Vətən müharibəsində şəhid olan əməkdaşı Ülvi Hacıyevin doğum günü münasibətilə anım tədbiri keçirilib.

 

Anım günündə UNEC Biznes Məktəbinin direktor müavini Dünya Mustafayeva, UNEC-in THİK tələbələri iştirak ediblər.