Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 14:02:35
Yeniyetmə anasını qətlə yetirib

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda anasını qətlə yetirməkdə təqsirləndirilən 15 yaşlı Ziya Mansurovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.

 

AzEdu.az "Report"a istinadən xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hadisə yerinin videogörüntüsü nümayiş etdirilib.

 

Görüntüdə Z.Mansurov anasının qətlini əvvəlcədən planlaşdırdığını bildirib:

 

"Anam məni hər gün döyür, işgəncələr verirdi. Çox vaxt mənə şişlə zərbələr endirirdi. Buna görə də mən onu öldürmək qərarına gəldim. Mətbəxdən bıçağı götürüb onun yataq otağına keçdim, üstü yarıya qədər örtülü, üzüaşağı uzanmışdı. İlk bıçaq zərbəsini başından vurdum. Zərbənin təsirindən ayılandan sonra ona ard-arda zərbələr endirdim. O, yatağından qalxıb məni kənara itələyib bacılarımı çağırdı. Bacılarım otağa daxil olanda onların üstünə qışqırıb qonaq otağına qovdum. Sonra qapını bağlayıb yenidən həmin otağa qayıdıb yenidən ona zərbələr endirdim. Anam qan içində mənim otağıma qaçanda onu paltar dolabına söykəyib yenidən zərbələr endirdim. Bu vaxt anam qaçıb ayaqyoluna girib qapını bağlamaq istədi. Onun ardınca içəri girib yenidən bıçaq zərbələri vurdum. Bu vaxt o halsız vəziyyətdə yerə uzandı və məni söyməyə başladı. Bu vaxt onun boynundan zərbələr endirdim. Tam hərəkətsiz yerdə qan içində idi. Ölməyinə tam əmin olmaq üçün nəbzini yoxladım, gördüm ölüb. Daha sonra bacılarımı çağırıb dedim ki öldürdüm. Bacılarım anamın telefonu ilə əvvəl atama, sonra əmimə, daha sonra isə polisə məlumat verdilər".

 

Məhkəmədə məlum olub ki, hadisədən sonra evdə qan izləri dərhal silinib.