Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 13:20:15
Magistraturada təhsili alan tələbələr üçün master-klass...

Bakı Mühəndislik Universitetində (BMU) biznes menecmenti ixtisası üzrə magistratura təhsili alan tələbələr üçün master-klass dərsi təşkil olunub.

 

AzEdu.az xəbər verir ki, universitetin Müəssisələrlə əlaqələr və karyera departamentinin təşkilatçılığı ilə baş tutan dərsdə “Norm” ASC-nin mütəxəssisi Afət Bayramova “Vahid İdarəetmə Sistemi: Biznesin davamlı inkişafı üçün yol” mövzusunda mühazirə ilə çıxış edib.

 

A.Bayramova tələbələrə müəssisə daxilində Vahid İdarəetmə Sisteminin tətbiq olunması və təkmilləşdirilməsi, həmçinin ISO 9001 (Keyfiyyət İdarəetmə Sistemi), ISO 14001 (Ətraf Mühit İdarəetmə Sistemi), ISO 45001 (İş Sağlamlığı və Əməyin Təhlükəsizliyi İdarəetmə Sistemi) kimi idarəetmə standartları barəsində dolgun məlumatlar verib. Eyni zamanda, idarəetmə sistemləri və onların inteqrasiyasını başa düşməklə müəssisələrdə davamlı inkişafı necə təmin etməyin mümkünlüyü barədə müzakirələr aparılıb.

 

Tələbələrlə diskussiya şəklində davam edən tədbirdə onları maraqlandıran suallar ətraflı cavablandırılıb.