Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-14 09:57:59
UNEC -də III Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək

16-17 noyabr 2023-cü il tarixlərində UNEC-də “Rəqəmsal iqtisadiyyat: Müasir çağırışlar və real imkanlar” mövzusunda III Beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

 

AzEdu.az xəbər verir ki, konfransın məqsədi dövlət, özəl sektor, universitetlər və beynəlxalq təşkilatların müvafiq nümayəndələrini bir araya gətirərək, rəqəmsal iqtisadiyyat mövzusunda müasir trendlər ətrafında müzakirələr aparıb, qarşıda duran vəzifələri müəyyən etməkdir.

 

Konfransın müzakirə mövzuları:

  • Yeni iqtisadi reallıqda rəqəmsal iqtisadiyyat iqtisadi və sosial inkişafın əsas drayveri kimi
  • Rəqəmsal texnologiyaların və süni intellektin hüquqi tənzimlənməsində müasir tendensiyalar
  • Rəqəmsal iqtisadiyyatda biznesin idarə edilməsi
  • Rəqəmsal iqtisadiyyat və Ali təhsil sistemi: əsas tendensiyalar və maneələr
  • Rəqəmsal iqtisadiyyatın inkişafının beynəlxalq aspektləri
  • Rəqəmsallaşma meqatrend kimi iqtisadiyyatın maliyyə sektoru
  • Rəqəmsal səhiyyə: çağırışlar və perspektivlər
  • Enerjinin rəqəmsal transformasiyası

 

Konfransın Elm komitəsinin tərkibində UNEC-lə yanaşı, İsveçrə, Sloveniya, Slovakiya, Rumıniya, Macarıstan, Polşa, Latviya, İspaniya, Albaniya, Türkiyə, Rusiya, Hindistan, Gürcüstan və digər ölkələrin ali təhsil müəssisələrinin professorları təmsil olunurlar.