Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 14:05:25
Litvada Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir

Litvanın Mikolos Romeris Universiteti Erasmus+ mübadilə proqramı çərçivəsində qəbul elan edir.

 

AzEdu.az xəbər verir ki,proqramda bakalavr, magistratura və doktorantura pillələrində təhsil alan UNEC tələbələri iştirak edə bilərlər.

 

Tədris ingilis dilindədir.

 

Müraciət üçün əsas şərtlər:

  • Tələbənin ümumi orta balı (ÜOMG) 91-dən yuxarı olmalı;
  • İngilis dili ən az B2 səviyyəsində olmalı;
  • Magistratura pilləsi üzrə 2-ci kurs tələbəsi olmalı.

Müraciət üçün son tarix: 17 noyabr, 2023-cü il

 

Tələb olunan sənədlər:

 

  • Transkript (bütün semestrlər üzrə)
  • CV (ingilis dilində)- İş təcrübəsi olanlar təcrübə keçdikləri qurumdaki rəhbərin əlaqə vasitələrini (tel.nömrəsi və e-poçt ünvanı) qeyd etməlidirlər.
  • Xarici pasport (ilkin müraciət zamanı şəxsiyyət vəsiqəsi də keçərlidir)
  • Niyyət məktubu (ingilis dilində)
  • Müvafiq dil sertifikatı (olduğu təqdirdə IELTS, TOEFL və ya müvafiq fakültələrdə ingilis dilində təhsil aldığını göstərən sənəd).

Sənədlər göstərilən ardıcıllıqla bir “pdf” sənədi şəklində [email protected] elektron poçt ünvanına təqdim olunmalıdır (sənədləri ayrı-ayrı pdf sənədlərində göndərən tələbələrin müraciətlərinə baxılmayacaq).

 

Elektron məktubu göndərərkən başlıq hissəsində «Mikolos Romeris Universiteti» yazılmalıdır.