Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-13 11:42:19
MDU- da bilik yarışı keçirilib

Mingəçevir Dövlət Universitetinin (MDU) Fizika və ekologiya kafedrasının təşkilatçılığı ilə Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə “Nə? Harada? Nə Zaman?” intellektual oyunu formatında bilik yarışı keçirilib.

 

Bu barədə AzEdu.az-a MDU-dan bildirilib. Qeyd olunub ki, yarışın açılışnda çıxış edən MDU-nun Fizika və ekologiya kafedrasının müdir əvəzi Təranə Yusifova Mingəçevir şəhərinin 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb və iştirakçılara uğurlar arzulayıb.

 

Ümummili Lider Heydər Əliyevin həyat yolu, Azərbaycan tarixi, fizika, ekologiya, coğrafiya və ümumi dünyagörüşlə bağlı sualların təqdim edildiyi yarışda MDU tələbələrindən ibarət “Zəfər”, “Qarabağ”, “Ekosistem” və “Kvant” komandaları mübarizə aparıblar. Ən yüksək nəticə göstərən “Ekosistem” komandası yarışın qalibi olub.

 

Sonda yarış iştirakçılarına hədiyyələr təqdim edilib.

 

Qeyd edək ki, müasirləşməkdə olan MDU-da tələbələrin hərtərəfli inkişafına, o cümlədən onların intellektual səviyyəsinin yüksəldilməsinə hədəflənən müxtəlif formatlı tədbirlərin keçirilməsinə xüsusi önəm verilir. Mingəçevir şəhərinin 75 illik yubileyinə həsr olunmuş bilik yarışı da məhz bu məqsədlə təşkil edilib.