Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-04 14:34:21
MDU-da Məzunlar Assosiasiyası təsis edilib

Mingəçevir Dövlət Universitetində (MDU) Məzunlar Assosiasiyası təsis edilib.

 

AzEdu.az xəbər verir ki, bu barədə ali təhsil müəssisəsindən məlumat verilib.

 

Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Agentliyinin (DMA) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş əmək yarmarkası və MDU Birinci Məzun Forumu keçirilib.

 

Elm və Təhsil Nazirliyi, ƏƏSMN və Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə təşkil olunan hər iki tədbirdə şəhid ailələri, müharibə veteranları, dövlət və özəl qurumların, təhsil müəssisələrinin nümayəndələri, universitetin akademik və inzibati heyət üzvləri, tələbələr, magistrantlar və məzunlar iştirak ediblər.

 

Forumun açılışında MDU-nun rektoru Şahin Bayramov, DMA-nın İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı İlham İsmayılov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, MDU-nun Zəngilan və Füzulidə pedaqoji fəaliyyət göstərən məzunları və Türkiyədən olan qonaq professorları çıxış ediblər. Forum panel müzakirələri ilə davam etdirilib.

Sonda MDU Məzunlar Assosiasiyasının təsis edilməsi barədə qərar qəbul edilib və 11 nəfər məzundan ibarət İdarə Heyətinin tərkibi formalaşdırılıb. Assosiasiyanın yaradılmasında məqsəd məzunlarla işin təşkili, universitet-məzun əlaqələrini gücləndirməkdir. Bununla yanaşı qərara alınıb ki, MDU Məzunlar Forumu iki ildə bir dəfə keçirilsin.