Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 16:17:00
İş dünyası tələbələr üçün nə edir? - Təcrübə proqramları təşkil edilməlidir”

“Tələbələr üçün təcrübə təşkil etmədən iş dünyası hansı praktiki vərdişləri universitetlərdən gözləyir?”

 

AzEdu.az xəbər verir ki, bu fikirləri Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsilin İnkişafı Forumundakı çıxışı zamanı səsləndirib.

 

 “Bir həqiqəti diqqətə çatdırmaq istərdim. Bir çox hallarda əmək bazarı məzunları qəbul etmədiyi kimi, məzunlarda əmək bazarındakı mövcud tələbləri qəbul etmir. Bunu nəzərə almaq lazımdır. 2015-ci ildə tələbələr üçün təcrübə müddətini 1 semestr daha uzatdıq. Biz düşündük ki, təcrübə prosesində tələbələr praktiki vərdişlərə sahib olacaqlar. Qərar verdik ki, təcrübənin nəticəsini biz deyil, təcrübə obyektindəkilər qiymətləndirsin. Nəticə ondan ibarət oldu ki, təcrübə keçən bütün tələbələrimiz əla qiymətlərlə təcrübəni başa vurdular”.