Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-02 09:33:58
AzTU alimlərinin layihəsi qrant müsabiqənin qalibi olub

Azərbaycan Elm Fondunun ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi “Əsas Qrant Müsabiqəsi - 2023”ün qaliblərinin siyahısı açıqlanıb.

 

AzEdu.az xəbər verir ki, qalib layihələr arasında Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya və materiallar texnologiyası kafedrasının alimlərinin layihəsi də yer alıb.

 

AzTU alimlərinin müsabiqədə qalib olan “Yerli resurslar əsasında legirli poladlar və ferroərintilər istehsalı texnologiyalarının işlənməsi” adlı layihəsinin maliyyə həcmi 250.000 manatdır.

 

2 il müddətində yerinə yetiriləcək layihə universitet-sənaye işbirliyi kontekstində icra olunacaq. 

 

Alimlərimizi təbrik edir, yeni uğurlar arzulayırıq.