Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 17:09:00
200-dən çox tələbə və məzun inkişaf proqramlarına cəlb edilib

“Azərbaycan universitetlərində təhsil alan, lakin maddi imkanları yol verməsə də, böyük potensiala sahib olan gənclərin həm, ölkımizdə həm də xaricdə təhsil almasını maliyyələşdirmək əsas istiqamətimizdir”.

 

AzEdu.az xəbər verir ki, bu sözləri STP-nin Baş İnsan Resursları inzibatçısı və İdarə Heyətinin üzvü Şölə Əliyeva Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

“Xarici əməkdaşlarla birgə işlədiyimiz üçün müşahidə edirik ki, artıq biznesə lokal ehtiyaclar kifayət deyil. Kurikulumlar qlobal ehtiyaclara uyğunlaşdırılmalıdır. Bu gün gənclər üçün Bakıda yaşayaraq, ABŞ-da işləmək imkanları yaranıb. Bizim məqsədimiz yetişdirdiyimiz kadrların dünyanın istənilən yerində işləməsini təmin etməkdir”.

 

Şölə Əliyeva bildirib ki,  200-dən çox mühəndislik ixtisasında təhsil alan tələbə və məzun inkişaf proqramlarına cəlb edilib: "İnkişaf proqramında universitetlərlə sıx əməkdaşlıq edərək mühəndislərə lazım olan bilik və bacarıqların formalaşdırılması üçün lazım olan dəstəyi veririk. Proqramlar 1 ili əhatə edir. Həmin müddətdə tələbələr həm yerli, həm də xarici mütəxəssislərdən bilik və bacarıqlar öyrənirlər. Həmçinin əməkdaşlıq etdiyimiz xarici şirkətlərin akademiyalarında təcrübə mübadiləsinin keçirilməsi üçün maksimum şərait yaradırıq. Bu gün həmin 200 nəfərin bir çoxu STP-nin əməkdaşlarıdır”.

 

O, qeyd edib ki, universitetlərlə əməkdaşlıq istiqamətində hər il yüzlərlə Azərbaycan gəncinin təcrübə keçməyi üçün şərait yaranır: “Həmin gənclərə təqaüd təqdim edir, onların təhsil alması, işə gəlib-getməsi üçün lazımi xərcləri qarşılayırıq. Startap layihələri olan mühəndislərin layihələrinin maliyyələşdirilməsi, həmçinin digər investorlar tərəfindən onlara dəstək göstərilməsində vasitəçilik edirik”.