Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 12:44:20
Samir Məmmədov: “İlon Mask rəqəmsallaşmada bizə dəstək versə, yaxşı olar”

Əgər bütün dövlət qurumları rəqəmsal həllər tətbiq etsə, bu dövlətin inkişafına müsbət təsir edər. İlon Mask da bu sahədə bizə dəstək versə yaxşı olar.

 

AzEdu.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda keçirilən "Təhsilin İnkişafı Forumu 2023" tədbiri çərçivəsində təşkil olunmuş "İnnovasiya ekosisteminin yaradılması" panelində bildirib.

 

"Mən onun nazirimiz Rəşad Nəbiyevlə görüşündə hansı məsələlərin müzakirə edildiyindən xəbərsizəm. Amma bu yaxınlarda Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçirildi. İ.Mask da virtual olaraq Konqresdə çıxış elədi. Orada gələcəklə bağlı plan və proqnozlar verildi. Onların necə reallaşacağını gələcək göstərəcək. Amma biz rəqəmsallaşmaya daha çox diqüət yetirməliyik”, - deyə o qeyd edib.