Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 12:34:56
“Qeyri-formal bacarıqların tanınması ilə bağlı böyük proqram aparılır”  

“Qeyri-formal bacarıqların tanınması məsələsi ilə bağlı böyük proqram aparılır”.

 

 

AzEdu.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Təhsilin İnkişafı Forumunda "İnnovasiya ekosisteminin yaradılması" panelində çıxışı zamanı deyib.

 

“İxtisaslı işçi qüvvəsi müxtəlif kateqoriyada olan vətəndaşlarımızın hazırlanmasıdır. Ona görə də burada ən yüksək ixtisas tələb edən təhsil sahəsi olmalıdır. Bunlara misal olaraq peşə təhsilini, orta ixtisas təhsilini qeyd etmək olar. Elm və Təhsil Nazirliyi tərəfindən qeyri-formal bacarıqların tanınması məsələsi ilə bağlı böyük proqram aparılır. Qazanılmış bütün səriştə və biliklərin müəyyən həddə,  müəyyən istiqamətdə kəmiyyət və keyfiyyət olaraq artırılmasını arzu edirik. Real olaraq isə biz gələcəkdə  Azərbaycanın o dövrki inkişafını, potensialını, iqtisadi, sosial elmi inteqrasiyasını müxtəlif istiqamətlərdə ehtiyacının artacağını görəcəyik “- deyə nazir qeyd edib.