Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-11-01 11:27:33
TED -in Rektoru: Universitetlərin 98 faizində islahatlar aparılmalıdır

"Türkiyədə on illərdir universitet-sənaye əməkdaşlığını təmin etməyə çalışırıq. Bu, elə də asan proses deyil. Əməkdaşlıq birdən-birə baş vermir".

 

AzEdu.az xəbər verir ki, bunu Türkiyənin TED Universitetinin rektoru İhsan Sabuncuoğlu "Təhsilin İnkişafı Forumu 2023"də çıxışı zamanı deyib.

 

O bildirib ki, universitet-sənaye əməkdaşlığını yaratmaq üçün münbit mühit formalaşdırmaq lazımdır. Bunun üçün də mütləq ekosistem yaradılmalıdır:

 

"İnnovativ inkişafın 3 əsas tərəfi var. Bu, ictimaiyyət, universitet və tədqiqat mərkəzləri və sənaye dünyasıdır. Bu üçü bir araya gəlib üzərinə düşən rolu yaxşı formada oynamalıdır. Biri irəli gedirsə, digəri geridə qalırsa, innovasiya sağlam formada inkişaf etmir. Bu gün dünyada 30 mindən çox universitet var. Lakin 98 faizi hazırkı formatlarından çıxmalı və islahatlar aparılmalıdır. Bu islahatları aparmadıqca, onları lazımi səviyyə gətirmək mümkün deyil".