Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 15:40:23
BMU-da informatika fənni üzrə imtahan təşkil olunub

Bakı Mühəndislik Universitetində (BMU) məktəblilərin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq qruplarına seçmə imtahanı keçirilib.

 

AzEdu.az xəbər verir ki, seçmə imtahanında 2022/2023-cü tədris ilində keçirilən Respublika Fənn Olimpiadalarında informatika fənni üzrə qalib və finalçı şagirdlər (92 şagird) iştirak edib.

 

Şagirdlərə 3 saat ərzində 4 alqoritmik məsələni C, C++ proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib. Qiymətləndirmə avtomatik qiymətləndirmə sistemi ilə aparılıb.

 

Qeyd edək ki, informatika fənni üzrə hazırlıq prosesi “Azercell Telecom”un dəstəyi ilə həyata keçirilir.