2023-10-31 14:52:46
LDU-da ulu öndərin 100 illiyinə həsr edilmiş elmi sessiya keçirilib
Lənkəran Dövlət Universitetində (LDU) Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar daha bir tədbir reallaşıb.
AzEdu.az xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Geologiya və Geofizika İnstitutu, AMEA-nın Regional Elm Mərkəzi ilə birgə təşkil olunan səyyar elmi sessiyanı giriş sözü ilə Lənkəran Dövlət Universitetinin rektorunun müşaviri prof. Mikayıl Məhərrəmov açıb. Ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, iqtisadiyyatının bütün sahələr üzrə inkişafında misilsiz xidmətlərindən söz açan prof. M.Məhərrəmov ümummilli liderin ölkə elminin tərəqqisindəki rolunu da xüsusi dəyərləndirib, bu xəttin prezident İlham Əlyev tərəfindən bu gün uğurla davam etdirildiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səyyar elmi sessiyada AMEA-nın Lənkəran Regional Elmi Mərkəzinin direktoru prof. Fərman Quliyev “Heydər Əliyev və Azərbaycanda subtropik bitkiçiliyi”, AMEA-nın müxbir üzvü Tələt Kəngərli “Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələr komplekti”, Geoekologiya və Hidrogeologiya şöbəsinin rəhbəri prof. Vaqif Məmmədov “Azərbaycanın su hövzələrinin ekologiyası: gələcəyə baxış”, İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şirməmməd Nəzərli “Yer elmlərinin populyarlaşdırılmasında (təbliğində) elmi jurnalistikanın rolu”, LDU-nun Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri dos. Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda təbii şəraitin əhalinin və yaşayış məntəqələrinin yüksəklik qurşaqları üzrə yerləşməsinə təsiri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə H.Əliyevin Azərbaycanda aqrar sahənin inkişafındakı rolu, bu sahədəki çoxşaxəli fəaliyyəti, Azərbaycanda sitrus meyvəçiliyin və çayçılığın inkişafı istiqamətində görülən işlər, Lənkəran-Astara iqtisadi rayonunun müasir təbii şəraiti və onu əks etdirən yeni xəritələrin tərtibi, yaxın zamanlarda dünyanı gözləyən içməli su problemi və onun həlli yolları, Azərbaycan elminin təbliği məqsədilə elm adamlarının və jurnalistlərin birgə faəliyyətinin vacibliyi və s.barədə ətraflı söz açılıb, təqdim edilən mövzuların slaydlar və diaqramlarla elmi təhlili verilib.
Elmi sessiyanın sonunda auditoriyanı maraqlandıran suallar cavablandırılıb, Geologiya və Geofizika İnstitutunun elmi nəşrləri LDU-nun Elmi kitabxanasına hədiyyə edilib.
Bu bölməyə aid digər xəbərlər
PISA üzrə II ICESCO Nazirlər Konfransının ilk günü yekunlaşıb
2024-05-13 17:19:04
Bu günədək 35 mindən çox tələbə təhsil krediti alıb
2024-05-13 16:52:49
Bu liseyin şagirdləri buraxılış imtahanlarında yüksək nəticə əldə ediblər
2024-05-13 16:12:01
AzMİU kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
2024-05-10 17:29:41
MDU kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
2024-05-10 16:46:54
BMU-nun kollektivi Ulu Öndərin xatirəsini yad ediblər
2024-05-10 16:35:37
Boğulan tələbələrlə bağlı NDU-dan AÇIQLAMA
2024-05-10 13:31:21
Universitet müəllimi vəfat edib
2024-05-09 10:56:00
UNEC-də Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümü qeyd olunub
2024-05-08 16:25:21
Magistraturaya ilk dəfə onlayn formada qəbul imtahanı keçirilib
2024-05-08 16:22:19
kitabı
ÇOX OXUNANLAR
6 May 2024, 09:20
Sertifikasiya: “Təkrar imtahan müəllimlər üçün böyük şansdır”
7 May 2024, 10:17
Məktəblilər arasında dava ölümlə nəticələnib
8 May 2024, 13:05
III ixtisas qrupu: Bu ixtisasların iş imkanları GENİŞDİR
13 May 2024, 09:25
Azərbaycanın “Brend tələbə”ləri - SİYAHI
9 May 2024, 13:25
Təhsilin sağlamlaşdırılması üçün sertifikasiya yeganə yoldur
10 May 2024, 21:00
Aprelin 14-də keçirilən imtahanların nəticələri AÇIQLANDI
11 May 2024, 10:35
14 aprel imtahanında ən yüksək bal toplayan ölkə birincisi
8 May 2024, 14:35
MİQ imtahanına sənəd qəbulu başlayır
FACEBOOK