Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-31 09:12:00
UNEC-ə yeni tədris ilində 152 əcnəbi tələbə qəbul olub

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təhsil alan əcnəbi tələbələrlə görüş keçirilib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, görüşdə beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Neman Muradlı və Beynəlxalq əməkdaşlıq departamentinin Xarici əlaqələr şöbəsinin müdiri Afət Ələkbərova universitetin əcnəbi tələbələrə təqdim etdiyi imkanlar, eləcə də UNEC-də yeni fəaliyyətə başlayan “Erasmus Tələbə Şəbəkəsi - ESN” barədə məlumat veriblər.

 

Sonra tələbələrin sualları dinlənilib və onları narahat edən məsələlər yerindəcə həll edilib.

 

Qeyd edək ki, 2023/2024-cü tədris ilində UNEC-ə Çin, Rusiya, İsrail, Türkiyə, Gürcüstan, Ukrayna, Türkmənistan, Nigeriya, Əfqanıstan, İran, Özbəkistan, Pakistan, Qırğızıstan və Qazaxıstandan 152 əcnəbi tələbə qəbul olub. Ümumilikdə isə universitetdə 391 əcnəbi tələbə təhsil alır. Təhsil qrantı və dövlət proqramları çərçivəsində UNEC-də təhsil alan əcnəbilərin sayı isə 14 nəfərdir.