Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2023-10-30 12:26:39
AzTU- da seminar keçirilib

Azərbaycan Texniki Universitetində (AzTU) SmartTech İnnovatorlar Mərkəzinin və "Bestcomp Group" şirkətinin birgə təşkilatçılığı ilə “Biznes dünyasının yeni kadrlardan gözləntisi. IT-də trendlər və əsas istiqamətlər” mövzusunda seminar keçirilib.

 

AzEdu.az xəbər verir ki, "Bestcomp Group" şirkətinin baş direktorun müavini, rəqəmsal transformasiya üzrə baş müdiri Orxan Bədəlov İKT sahəsində trendlər və əsas istiqamətlər haqqında tələbələrə ətraflı məlumat verib.

 

Orxan Bədəlov işə qəbulla bağlı tələblər və bu istiqamətdə digər zəruri məlumatları da tələbələrin diqqətinə çatdırıb.

 

Sonda tələbələrin sualları cavablandırılıb.